Əsas Səhifə > Siyasət / Dünya > Ərdoğan Putinlə görüşünü məhsuldar adlandırıb

Ərdoğan Putinlə görüşünü məhsuldar adlandırıb


29-09-2021, 22:33
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyalı həmkarı Vladimir Putin ilə Soçidə keçirilən görüşünü məhsuldar adlandırıb.
Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, T.Ərdoğan bu barədə özünün "Twitter" səhifəsində yazıb.
Türkiyə Prezidenti bildirib: "Həmkarım V.Putinlə məhsuldar görüşdən sonra Soçidən ayrıldıq".
Vladimir Putin, öz növbəsində Türkiyəli həmkarına səfərə görə təşəkkür edib və danışıqların nəticələrini yüksək qiymətləndirib.

Geri qayıt