Əsas Səhifə > Hadisə > Bakıda polis rəisinin sürücüsü məktəbliyə təcavüz etdi
Bakıda polis rəisinin sürücüsü məktəbliyə təcavüz etdi29-09-2021, 22:30 |
Bakıda 41 yaşlı kişi azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etdiyinə görə məsuliyyətə cəlb edilib. Şəffaflıq.az oxu.az-a istinadən bildirir ki, hadisə bir neçə ay əvvəl baş verib. İş üzrə zərərçəkmiş uşaq Səbail rayonunda yerləşən məktəblərdən birinin 11 yaşlı şagirdidir. Hadisə Bakının mərkəzində - Xaqani küçəsində baş verib. Zərərçəkmişin atasının şikayəti əsasında təqsirləndirilən şəxs həbs edilib. R.M. barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi cinayət işi başlanılıb. Ona Səbail Rayon Məhkəməsinin hökmü ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. R.M. barəsində cinayət işi açılandan sonra o, işdən də çıxarılıb. R.M. vəzifəsindən azad olunanadək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Rəşad Əhmədzadənin sürücüsü olub. R.Əhmədzadə hazırda Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışır. Geri qayıt |