Əsas Səhifə > Gündəm > Sosial şəbəkələrdə yaranan problem nə ilə bağlıdır? - Nazirlik AÇIQLADI

Sosial şəbəkələrdə yaranan problem nə ilə bağlıdır? - Nazirlik AÇIQLADI


18-07-2019, 07:10


 


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sosial şəbəkələrdə yaranan problemlə bağlı məlumat yayıb.
Nazirliyin yaydığı məlumatda deyilir: "Bu gün dünyanın bir sıra ölkələrində sosial şəbəkələrdən istifadədə problemlər yaranıb. Azərbaycanda da istifadəçilər "Facebook", "Instagram" və "Whatsapp" tətbiqlərindən istifadə zamanı problemlərlə qarşılaşıblar. Belə ki, sosial şəbəkələrə giriş mümkün olmayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır.
Populyar internet resurslarının işini təqib edən "Downdetector" xidmətinin məlumatına əsasən, istifadəçilərin 24 faizi sosial şəbəkələrə daxilolma, 75 faizi isə istifadə ilə bağlı problemlə qarşılaşıb.
ABŞ, Monteneqro, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Bosniya-Hersoqovina, Cənubi Koreya, Makedoniya, İraq, Malayziya, Kipr və digər ölkələrdən olan istifadəçilər "Downdetector" xidmətində adıçəkilən sosial şəbəkələrin çökdüyünü bildirirlər".
Geri qayıt