Əsas Səhifə > SİYASƏT > Almaniya səfiri: "Ermənistan Araz çayını zəhərləyir"
Almaniya səfiri: "Ermənistan Araz çayını zəhərləyir"29-09-2021, 14:30 |
"Bir neçə il bundan əvvəl Almaniya Araz çayını çirkləndirməyə son qoymaq üçün təmizləmə qurğuları tikdirməyi Ermənistana təklif etsə də, bu məsələ indiyədək həll olunmur". Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq sərhəddən axan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirlməsinə münasibət bildirərkən deyib. O bildirib ki, nəticədə İrəvanın bütün çirkab suları Arazı zəhərləməyə davam edir. Almaniyalı diplomat həmçinin ətraf mühitin mühafizəsi sahəsində məlumat mübadiləsi və ekspertlərin cəlb olunması üçün Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərini xüsusi platformada birləşdirmək istədiklərini söyləyib: “Bunu Almaniya Federal Xarici İşlər Nazirliyi, Federal Ətraf Mühit, Təbiətin Mühafizəsi, Nüvə Təhlükəsizliyi Nazirliyi ilə müzakirə etmişik, çayların çirklənməsinə son qoymaq üçün fəalların və qurumların birgə əməkdaşlıq etdiyini görürük”. Xatırladaq ki, bu ilin iyul ayında zəngilanlı məcburi köçkünlər Almaniyanın Azərbaycandakı səfiri V.Maniqə müraciət edərək Ermənistanda mədənçilik fəaliyyəti ilə məşğul olan Almaniyanın “Cronimet” şirkətindən ekoloji tələbləri pozduğuna görə şikayət ediblər. Şəffaflıq.az Geri qayıt |