Əsas Səhifə > Hadisə > Prokuror Sumqayıtda idmançını atası ilə birgə bıçaqlayan şəxsə cəza istəyib

Prokuror Sumqayıtda idmançını atası ilə birgə bıçaqlayan şəxsə cəza istəyib


29-09-2021, 13:56
 Bakı Ağır Cinayətlər Məhkəməsində idmançının ölümünə səbəb olmaqda təsirləndirilən Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Şəffaflıq.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında R.İsmayılovun 20 il və Ə.İsmayılovun isə 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2017-ci ildə Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin dörd gündən sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul - Ramil və Əhəd İsmayılovlar saxlanılıb.
Hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.
Xatırladaq ki, R.Həbibov idmançı olub.

Geri qayıt