Əsas Səhifə > REGİON / Cəmiyyət > Şamaxıdan olan şəhid Zöhrab Allahverdiyevin bu gün cənnətdəki ilk ad günü olmaqla adına inşaa edilmiş xatirə bulağının açılışı olub

Şamaxıdan olan şəhid Zöhrab Allahverdiyevin bu gün cənnətdəki ilk ad günü olmaqla adına inşaa edilmiş xatirə bulağının açılışı olub


28-09-2021, 20:40
Bu gün Şəhid Zöhrab Allahverdiyevin cənnətdəki ilk doğum günü və xatirəsinə inşaa edilmiş bulağın açılış mərasimi olub.
Şəffaflıq.az xəbər verir ki, anım mərasiminda  Rayon İcra Hakimiyyətinin başçısının  məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, "Qarabağ Qaziləri" İB-ın üzvüləri, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər, məzarını ziyarət edib, gül çələngi qoyublar.


Zöhrab Allahverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Azərbycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Zöhrab Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.
Zöhrab Allahverdiyev oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında  dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zöhrab Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Şəhid Zöhrab Allahverdiyevin bu gün cənnətdəki ilk ad günü olmaqla adına inşaa edilmiş xətirə bulağının açılışı olub.
28 sentyabr Saat 3 radələrində xatirə bulağının açılışı odub.

Şəffaflıq.az xəbər verir ki, Şamaxı şəhərində şəhid Zöhrab Allahveriyevin xatirəsinə inşa edilən bulağın açılışı olub.
Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, RİH-in məsul əməkdaşları, Millət vəkili Tamam xanım Cəfərova, Şamaxı rayon təhsil işçiləri, Şamaxı rayon ağsaqqallar şurası,hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, "Qarabağ Qaziləri" İB-ın üzvüləri, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər.
Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,

Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib. Bulağın inşa edilməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.
Çıxış edənlər şəhidlərin göstərdiyi şücaətlərdən, qısa və şərəfli döyüş yollarından, onlarla bağlı xatirələrindən danışıblar.Onlar prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını, onların göstərdikləri şücaətlərə görə qiymətləndirildiyini qeyd ediblər.
Çıxış edən şəhid atası birinci Qarabağ savaşının iştirakçısı, Sübhan Allahverdiyev göstərdikləri diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.


Vahid İsmayılov. 

Şəffaflıq.az 








Geri qayıt