Əsas Səhifə > REGİON > İsmayıllıda 27 sentyabr Anım Günü ilə əlaqədar mərasim keçirilib-FOTO
İsmayıllıda 27 sentyabr Anım Günü ilə əlaqədar mərasim keçirilib-FOTO27-09-2021, 22:11 |
![]() ![]() ![]() Şəffaflıq.az xəbər verir ki,İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə hüquq-mühafizə orqanları,şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyətin nümayəndələri iştirak edib. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Heydər Əliyev adına Mərkəzi meydanda keçirilən mərasimdə Dövlət himni səsləndirilib. Daha sonra Anım günü ilə əlaqədar Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti dinlənilib. Şəhidlər Xiyabanında davam edən tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. ![]() ![]() Rayon İcra hakimiyyətinin başçısı bu Vətən müharibəsində ismayıllıların da böyük qəhrəmanlıq göstərərək yüksək fədakarlıq nümayiş etdirdiyini bildirmiş, şəhidlərimizi dərin hüznlə yad edərək, qazilərimizə Allahdan şəfa diləyib. Şəhid Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyeva şəhid anaları adından çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi Kənan Kərimli müharibə ilə bağlı xatirələrini bölüşüb və döyüş yoldaşlarının göstərdikləri igidliklərdən bəhs edib. Təqaüddə olan polkovnik-leytinant Eynulla Bağırov ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, ikinci Qarabağ döyüşlərində qəhrəmanlarımızın göstərdiyi şücaətdən bəhs edib. Sentyabrın 27-də - Anım Günü ilə əlaqədar saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mərkəzi Meydanda ədəbi-bədii kompozisiya təqdim olunub. Anım gününə həsr olunmuş foto və rəsm sərgiləri nümayiş etdirilib. Məlumat üçün bildiririk ki anım tədbirləri rayonun bütün kəndlərində şəhid məzarları önündə keçirilib. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Ekoloji aksiya çərçivəsində ağaclar Şəhidlər xiyabanı və “Zəfər” parkında əkilib. Geri qayıt |