Əsas Səhifə > Cəmiyyət > “Vüqar Həşimov” komandası klublararası Avropa kuboku yarışının bürünc medalını qazanıb

“Vüqar Həşimov” komandası klublararası Avropa kuboku yarışının bürünc medalını qazanıb


24-09-2021, 23:33
 Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.
Şəffaflıq.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 7-ci turda turnirin favoriti Makedoniyanın “Alkaloid” komandasını məğlub edib. Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.


 
Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Geri qayıt