Əsas Səhifə > Hadisə > “Siyəzənneft” NQÇİ-dən 30 min manatlıq oğurluq edilib
“Siyəzənneft” NQÇİ-dən 30 min manatlıq oğurluq edilib24-09-2021, 13:31 |
Siyəzən rayonunda oğurluq hadisəsi olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-dən 23-dək olan müddətdə Qarabulaq kəndində yerləşən “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazidən 21 474 manat dəyərində 2 980 metr dəmir boru və 5 810 metr naqil oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Muradov saxlanılıb. Şəffaflıq.az Geri qayıt |