Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu: Mükafatı və ya gəliri bölüşün.

Günün qoroskopu: Mükafatı və ya gəliri bölüşün.


24-09-2021, 00:09
 
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 
Qoç - kommersiya fəaliyyəti üçün yaxşı gündür. Anlaşmalar və müqavilələr sərfəli olacaq. Ticari əməliyyatlar effektiv nəticələr verəcək. Yeni biznes-ideyalar pis alınmayacaq. Həmin ideyalardan bəzilərini reallaşdırmaqda dəstək və yardım alacaqsınız.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla ünsiyyətdə diqqətli və qayğıkeş olun. Yaxınlarınız, dostlarınız və ya tanışlarınızdan biri ümidləri doğrultmayacaq.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Buğa - yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Onların davranışlarının, əməllərinin səbəb və motivlərini araşdırın. Ən qəribə qərarların trivial səbəbləri var.
Əvvəllər kəsilmiş əlaqələrin və pozulmuş münasibətlərin bərpası üçün əlverişli zamandır. İnsanlarla manipulyasiya etməyin. Etibardan sui-istifadə etməyin. Səmimi olmağa can atın.
Günün ikinci yarısında gəlirlər istisna deyil. Gəlir mənbələri gözlənilməz olacaq. Bahalı hədiyyə ala bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Uzaqdan gəlmiş insanlarla təmaslarda mövqelərinizdən geri çəkilməyin.
Əkizlər - ciddi səhvlərə yol verməyin. Yanlışlıqların fəsadları ağır ola bilər. Sərt tənqid obyektinə dönəcəksiniz. Hər şeyə rəğmən əhvalınızı pozmayın.
Çoxdan bəri birlikdə çalışdığınız tərəfdaşınız yeni layihəni təqdim edəcək. Dostlar da işlərinizlə maraqlanacaqlar. İdeyalarınızın hamısını açıqlamayın. Bələd olmadığınız insanlarla sirlərinizi bölüşməyin.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Saatlar keçdikcə vəziyyət normallaşmağa başlayacaq.
Bütün diqqəti ciddi işlərə yönəldin. Başladığınız işləri başa çatdırın. Gözlədiyiniz mükafatı ala bilərsiniz. İşləri bitirməyə can atmayın. Belə davranış yalnız ifrat yorğunluğa səbəb olacaq.
Xərçəng - günün ilk yarısında ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalışın. Yaxınlarınızın rəğbətini qazana bilərsiniz. Dəyər verdiyiniz insanlarla ünsiyyətdə həssas olun. Nüfuzlu insanlarla təmaslar işgüzar fəaliyyət baxımından maraqlı ola bilər. Şəxsi münasibətlərdə dəyişikliklər istisna deyil.
Günün ikinci yarısında mühüm görüşü qeyri-formal şəraitdə keçirmək olar.
Axşam saatlarına yaxın gəzintiyə və ya səfərə yollanmaq olar. Ailə üzvləri ilə səmimi və qayğıkeş olun. Sevdiyiniz insana vaxt ayırın.
Maraqlı tanışlıqlar ola bilər.
Şir - diqqətli və sayıq olun. Etibarlı olduğunu indiyədək dəfələrlə göstərmiş insanlarla çalışın. Belələrinə inanmaq olar. Rəqib və ya bədxahların məkrli intriqalarının qurbanına çevrilməyin. Ciddi maliyyə itkiləri ola bilər. İş yerini dəyişmək, yeni səlahiyyətlərin icrasına başlamaq məsləhət deyil.
Günün ikinci yarısında aktiv olun. Məsləhət üçün təcrübəli insanlara müraciət edə bilərsiniz. Həddən artıq sayıq, sərvaxt olun. Aşkar və qaçılmaz təsir bağışlayan qərarlar əslində yanlışdır.
Yaxınlarınızla münasibətlərdə fikir ayrılıqları, ixtilaflar istisna deyil. Səy göstərsəniz, ciddi münaqişələrdən yayınmaq mümkündür. Səbr və sakitlik ən yaxşı müttəfiqləriniz olacaq.
 
Qız - uğurlu və yaxşı gündür. İndiyədək yerinə yetirməyə cəsarət etmədiyiniz işin öhdəsindən gələcəksiniz. Ən ağır problemi sürətlə həll edə bilərsiniz. İşgüzar tərəfdaşlar və həmkarların dəstəyi çox önəmlidir. Yeni layihə ilə bağlı prosesdə etibarlı müttəfiq və hətta dost olacaq insanla tanış ola bilərsiniz.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yaxınlarınızla səmimi münasibətlərdə olun. Axşam saatlarında ailə üzvləri ilə gəzintiyə yollana bilərsiniz. Axşam saatlarında başlanacaq münasibətlər bir müddət sonra ciddi əlaqəyə çevrilə bilər.
Tərəzi - günün ilk yarısında diqqətli olun. Sizi tanıyan insanları təəssüfləndirməyin. Hiyləgər və fəndgir davranmayın. İşdə subordinasiya qaydalarını unutmayın. Daha yüksək mövqe və ya vəzifə tutanlarla söhbətlərdə diqqətli olun. Rəhbərliklə müzakirələrdə kompromislərə hazır davranın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər yaranacaq. Səy göstərsəniz, münaqişə və ixtilaflardan uzaq dura bilərsiniz. Problemi sakit və konstruktiv şəkildə müzakirə etməsəniz, çətinliklərin fəsadlarının təsiri uzun müddət davam edə bilər.
Axşam saatları maliyyə məsələləri ilə bağlı önəmli qərarlar qəbul etməyin.
Əqrəb - günün ilk yarısı işgüzar fəaliyyət üçün əlverişlidir. Həllini tələb edən məsələlər nə qədər ağır və çətin olarsa da, qərarlara şübhə etməyin. Peşəkar fəaliyyət müstəvisində uğurlara nail olmaq üçün orijinal həll yollarını arayın. Məhz belə davransanız, rəqibləri üstələyərək bədxahları arxada qoyacaqsınız.
Günün ikinci yarısı yaxınlarınızla birgə fəaliyyət üçün münasibdir. Maraqlı iş tapa bilərsiniz. Yeni tanışlıq istisna deyil.
Oxatan - tənbəllik etməsəniz, süst davranmasanız, ekspermentlər aparmaq, yenilikləri sınaqdan çıxarmaq olar. Çətin məsələlərin həllinə başlayanda və ya genişmiqyaslı məsələlərlə məşğul olanda diqqətli davranın. İlkin mərhələlərdə çətinliklərə hazır olun. Geri çəkilməyin, ruhdan düşməyin. İşləməyə davam edin. Nəticələr az sonra əyan olacaq.
Günün ikinci yarısı yeni tanışlıqlar və peşəkar fəaliyyət müstəvisindəki fərqli təmaslar üçün əlverişlidir. Səbrli olun. Yeni layihədə proses sürətli deyil.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - yalnız öz qüvvənizə bel bağlayın. Sizə yardım vəd etmiş insanlar sözlərinizin üstündə durmayacaqlar. Aqressiv və sərt olmayın. Situasiya əlverişsiz olsa da, geri çəkilməyin. Az sonra karınıza gələcək məlumatlar alacaqsınız.
Günün ikinci yarısında nüfuzlu insanla söhbətdə diqqətli olun. Əks tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Axşam saatlarına yaxın böyük planlar qurmayın. İşlər hesabladığınızdan artıq vaxt tələb edəcək. Bütün işləri yerinə yetirmək mümkün deyil. Ağır fiziki işlərdən imtina edin. Uzunmüddətli, yorucu fəaliyyət məsləhət deyil.
Dolça - izafi diqqət cəlb etməyin. Uğurlarınız və nailiyyətlərinizlə qürrələnməyə dəyməz. Yaxın ətrafınızdakı insanlar arasında irəliləyişinizə sevinənlər çox deyil. Paxıllıq edənlərin sayı artır. İşlərinizə mane olmağa çalışacaqlar.
İstənilən mühüm söhbətləri və müzakirələri ertələyin. Vədlər verməyin, ağır işlərə boyun olmayın.
Günün ikinci yarısında qohumlar və yaxınlarla təmasda xeyir var. Ağrılı məsələləri müzakirə etməyin. Axşam saatlarında gəzintiyə çıxın.
Balıqlar - günün ilk yarısında müstəqil fəaliyyət göstərə bilərsiniz. Təkbaşına çalışın, müstəqil olun. Müttəfiqlər və dostlar bir qədər sonra sizə yardım edəcəklər. Mükafatı və ya gəliri bölüşün. İşdə rəhbərliklə münasibətlər korlana bilər. Sərt və aqressiv davranmayın, tənqidlə iradları hələlik unudun.
Günün ikinci yarısında səlahiyyət çərçivəsindən kənara çıxmaq olar.
Yaxınlarınızla münasibətlər pis olmayacaq. Çevik və fəndgir olun. Maraqlarınızın bəzilərini qurban verə bilərsiniz. Dəyər verdiyiniz insanın mənafelərini nəzərə alaraq bəzi planları ertələyin. Önəmli məsələnin müzakirəsində sərt olun, geri çəkilməyin.Milli.Az
Geri qayıt