Əsas Səhifə > Hadisə > Futbol matçında azarkeşlər meydana girib, referinin avtomobili yandırılıb
Futbol matçında azarkeşlər meydana girib, referinin avtomobili yandırılıb22-09-2021, 15:24 |
Bosniya və Herseqovina Premyer Liqasında X turun "Veleş" - "Borats" oyununda insident baş verib. Şəffaflıq.az-ın məlumatına görə, 82-ci dəqiqədə - qonaqların vurduğu 2-ci qoldan sonra meydana girən yerli azarkeşlər matçın baş hakiminə hücum ediblər. "Veleş"in məğlubiyyətində referini günahlandıran azarkeşlər çətinliklə sakitləşdiriliblər. Görüş "Borats"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İnsident final fitindən sonra da davam edib və fanatlar baş hakimin tunelin qarşısında dayanmış avtomobilini tamamilə yandırıblar. Geri qayıt |