Əsas Səhifə > ELM VƏ TƏHSİL > Məktəblərdə yeməkxana və bufetlərin fəaliyyətinə dair tələblər məlum olub
Məktəblərdə yeməkxana və bufetlərin fəaliyyətinə dair tələblər məlum olub22-09-2021, 11:39 |
Nazirlər Kabineti tədris müəssisələrində yeməkxanalara (bufetlərə) dair tələblərlə bağlı qərar verib. Şəffaflıq.az-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb. Qərara əsasən, tələblər aşağıdakılardır: yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur; təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır; ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır; yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır; yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır; yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir; yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla); təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir. Geri qayıt |