Əsas Səhifə > REGİON / Cəmiyyət > ŞAMAXI RAYON GÖYLƏR KƏNDİNDƏ ŞƏHİD ELGÜN QULİYEVİN XATİRƏSİNƏ ÇƏKİLMİŞ BULAĞIN AÇILIŞI OLDU
ŞAMAXI RAYON GÖYLƏR KƏNDİNDƏ ŞƏHİD ELGÜN QULİYEVİN XATİRƏSİNƏ ÇƏKİLMİŞ BULAĞIN AÇILIŞI OLDU17-09-2021, 22:57 |
Bu gün - sentyabrın 17-də Şamaxı rayonu Göylər kəndində tarix müəllimi, Quran hafizi, Şəhid Quluyev Elgün Vasif oğlunun (1992-2020) İkinci Qarabağ müharibəsində həlak olmasından sonrakı ilk doğum günündə onun adını daşıyan bulağın açılışı olub. Şəffaflıq.az xəbər verir ki, açılış mərasimində Şamaxı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Hikmət Şikarov, RİH-nin digər məsul şəxsləri, Bələdiyyə təmsilçiləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, müəllimlər, din xadimləri, o, cümlədən "Qarabağ qaziləri" İB-nın Şamaxı rayon üzrə nümayəndələri, şəhidin döyüş yoldaşları olmuş zabit və əsgər heyəti, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bulağı şəhidin atası köhnə kənd qəbiristanlığının yanında inşa etdirib. Bu gün - sentyabrın 17-də Şamaxı rayonu Göylər kəndində tarix müəllimi, Quran hafizi, Şəhid Quluyev Elgün Vasif oğlunun (1992-2020) İkinci Qarabağ müharibəsində həlak olmasından sonrakı ilk doğum günündə onun adını daşıyan bulağın açılışı olub. Şəffaflıq.az xəbər verir ki, açılış mərasimində Şamaxı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Hikmət Şikarov, RİH-nin digər məsul şəxsləri, Bələdiyyə təmsilçiləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, müəllimlər, din xadimləri, o, cümlədən "Qarabağ qaziləri" İB-nın Şamaxı rayon üzrə nümayəndələri, şəhidin döyüş yoldaşları olmuş zabit və əsgər heyəti, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bulağı şəhidin atası köhnə kənd qəbiristanlığının yanında inşa etdirib. Açılışda rayon rəsmisi Hikmət Şikarov çıxış edərək bildirib ki, 44 günlük Zəfər yürüşündə əldə edilmiş qələbə şəhidlərimizin qanı bahasına qazanılıb. O, bildirib ki, 30 illik Vətən həsrətinə son qoyan qəhrəmanlarımız gələcək nəsillərə örnək olacaqdır. Şamaxı rayon icra hakimiyyətinin rəsmisi xüsusi olaraq onu da qeyd etdi ki, doğma Göylər kəndində Şəhid Elgün Quluyevin adını daşıyan küçə salınacaq. Mərasimdə digər çıxış edənlər şəhid Elgün Quliyevin keçdiyi qısa və mənalı həyat yolundan söz açaraq, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin dəfn olunduqları yerlər and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər. Bu gün Vətən muharibəsi şəhidimiz Elgün Quliyevin cənnətdə ilk doğum günüdür. Elgün Quliyev 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub. Üç bacının yeganə qardaşı olan Elgün 44 günlük Qarabağ savaşında Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub. Çıxış edənlər şəhidimizə Allahdan rəhmət diləyib, bulağın daim axarlı olmasını arzuladılar! Məkanın cənnət olsun, Elgün! Qeyd edirik ki, Göylər kəndində şəhidlərin adlarının əbədiləşdirilməsinə xüsusi diqqət yetirilir. Elgün Quliyevin xatirəsinə çəkilmiş bulaq bu kənddə şəhidlərin adına tikilən 4-cü bulaqdır. Şəhid Elgün Quliyevin həyatından qısa məlumatları təqdim edirik: O, 1998-ci ildə T.Kərimov adına Şamaxı rayonu Göylər kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. Sonrakı illərdə İsmayıllı və Şəki şəhərində orta məktəb təhsilini davam etdirib. Eyni zamanda 2008-ci ildə Şəki İslam Kollecində məzun olub. 2009-cu ildə tam orta təhsilini başa vurduqdan sonra 2010-2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində “Tarix müəllimliyi” ixtisasına yiyələnib. 2020-ci ildə müəllimlərin işə qəbul imtahanından keçərək Lerik rayonunun Sors kəndində işə qəbul olub. Elgün Quliyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgün Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak üçün müraciət edib. Müraciətinə cavab gəldikdən sonra sentyabrın 29-da cəbhəyə yollanan E.Quliyev Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Şəffaflıq.az xəbər verir ki, həqiqi hərbi xidmətini Füzuli rayonundakı N saylı hərbi hissədə başa vuran E.Quliyev 2016-cı ilin aprelində dörd-günlük müharibədə, eləcə də ötən il baş verən Tovuz döyüşlərində iştirak etmişdir. Elgün Quliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. O, Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb. Şəhid Elgün Quliyevin son sözlərindən biri belə olmuşdur: "Tarix müəllimi ola bilməsəm də, yəni ixtisasım üzrə işləyə bilməsəm də, bəlkə tarix yazdım." Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Quliyev ölümündən sonra "Vətən uğrunda" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Quliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN Yazını hazırladı: Baş redaktorun birinci müavini Yanoş Məhərrəmov, Operator Məhərrəm Səmədov Şəffaflıq.az Geri qayıt |