Əsas Səhifə > Hadisə / Dünya > Suvanose adasında vulkan püskürməsi baş verib.
Suvanose adasında vulkan püskürməsi baş verib.17-09-2021, 09:06 |
Yaponiyanın cənub-qərbində yerləşən Suvanose adasında vulkan püskürməsi baş verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. Kraterdən 1 kilometr radiusda vulkanik süxurlar qeydə alınıb. Seysmoloqlar adada püskürmənin davam edəcəyini proqnozlaşdırırlar. Bununla əlaqədar həmin rayonda beş ballıq sistem üzrə üçüncü dərəcəli təhlükə xəbərdarlığı elan edilib. Bu o deməkdir ki, vulkana 2 km-dən az məsafədə yaxınlaşmaq olmaz. Adada dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilməyib. Hazırda təxminən 80 nəfərin yaşadığı kənd vulkandan 4 km aralıda yerləşir. Suvanose, böyük Kaqoşima şəhərindən 230 km cənub-qərbdə yerləşən kiçik adadır. Sonuncu dəfə burada vulkan 2021-ci ilin iyun ayında püskürüb. Geri qayıt |