Əsas Səhifə > HƏRBİ > Azərbaycanın Müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüş keçirib
Azərbaycanın Müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüş keçirib16-09-2021, 19:42 |
Sentyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra azad edilən ərazilərdə Ordumuz tərəfindən görülən işlər barədə məlumat verib. Şəffaflıq.az bildirir ki,sonra Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki vəziyyət barədə danışan nazir Azərbaycan Ordusunun üçtərəfli bəyanatın tələblərinə tam əməl etdiyini bildirib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısının alındığı və bundan sonra da baş verə biləcək bu kimi hallara qarşı müvafiq tədbirlərin görüləcəyi xüsusi vurğulanıb. Ermənistan tərəfinin vəziyyəti gərginləşdirməyə cəhd etməsinin qəbuledilməz olduğunu qeyd edən nazir beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və müvafiq addımlar atılmasının vacibliyini bildirib. T.Klaar bölgədə sülhün təmin olunması istiqamətində Avropa İttifaqının müvafiq dəstəyi göstərməyə hazır olduğunu qeyd edib. Görüşdə həmçinin postmüharibə şəraiti və bir sıra digər məsələlər müzakirə edilib. Mənbə:MN Geri qayıt |