Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Bu il Azərbaycanda 35 minə yaxın şəxsə əlillik təyin edilib
Bu il Azərbaycanda 35 minə yaxın şəxsə əlillik təyin edilib16-09-2021, 14:11 |
![]() Şəffaflıq.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib. Onun sözlərinə görə, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib: "Bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib". Geri qayıt |