Əsas Səhifə > Dünya > Trampa İranla müharibə qərarını vermək QADAĞAN EDİLDİ
Trampa İranla müharibə qərarını vermək QADAĞAN EDİLDİ15-07-2019, 22:33 |
Şəffaflıq.az xəbər verir ki, ABŞ Konqressinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın müstəqil şəkildə İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarı verməsini məhdudlaşdıran düzəlişi qəbul edib. Məlumatı “Nyu-York Tayms” qəzeti yayıb. Nəşrin yazdığına görə, səsvermə 2020-ci ilin hərbi büdcəsinin müəyyənləşdirilməsi müzakirələri daxilində keçirilib. Nümayəndələr Palatasının 251 üzvü qərarın lehinə, 170 nəfər isə əleyhinə səs verib. Beləliklə, konsresmenlər Tramp administrasiyasının büdcə vəsaitindən İrana qarşı hərbi əməliyyatları maliyyələşdirmək istifadəsinə qarşı çıxıblar. Prezident bu vəsaitdən yalnız konqres özü İrana qarşı müharibə elan edəcəyi təqdirdə istifadə edə bilər. İyunun sonunda ABŞ Senatında da analoji düzəliş səsə qoyulmuşdu. Senatorlar düzəlişi əngəlləmişdilər. Trampın özü isə belə hesab edir ki, İrana qarşı hərbi əməliyyata başlamaq üçün konqresdən razılıq almalı deyil. Geri qayıt |