Əsas Səhifə > SAĞLAMLIQ > Bakıda dördəm doğulub
Bakıda dördəm doğulub14-09-2021, 14:39 |
Bu gün "Leyla Medical Center"də dördəmlər dünyaya gəlib. Tibb müəssisəsindən verilən məlumata görə, körpələrdən üçü oğlan, biri isə qızdır. Qeyd olunub ki, körpələrin çəkiləri 1 140 qr (oğlan), 1 350 qr (oğlan), 1 230 qr (oğlan), 1 120 qr-dır (qız): "Ananın və uşaqların vəziyyəti stabildir". Məlumat üçün bildirək ki, bu 30 yaşlı qadının ilk hamiləliyi olub. Şəffaflıq.az Geri qayıt |