Əsas Səhifə > REGİON / Cəmiyyət > “Sosial layihələr” müsabiqəsi çərçivəsində Şamaxıda "Üçüncü Bahar" Festivalı keçirilib
“Sosial layihələr” müsabiqəsi çərçivəsində Şamaxıda "Üçüncü Bahar" Festivalı keçirilib14-09-2021, 09:09 |
![]() Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində sentyabrın 12-də Şamaxıda "Üçüncü Bahar" Festivalı keçirilmişdir. Festivalda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları, Şamaxı rayon Ağsaqqallar Şurasının üzvləri, “Regional İnkişaf” İctimai Birliyinin "Kapital Bank"ın və “Üçüncü Bahar” İctimai Birliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. ![]() ![]() Şəffaflıq.az xəbər verir ki, tədbir zamanı Şamaxı şəhərində fəaliyyət göstərən “YAŞA” mərkəzinin üzvlərinin rəsm, toxuma, dekorativ güllər, oyuncaqlar, vitraj, taxta üzərində oyma və s.ibarət əl işləri nümayiş etdirilmişdir. Tədbir zamanı iştirakçılar masaüstü oyunlar, ustad dərslərində maraqla iştirak ediblər. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə ahıl insanlara göstərilən dövlət qayğısından, həmçinin bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər barədə tədbir iştirakçılarına geniş məlumat verərək milli-mənəvi dəyərlərimizin qorunması sahəsində ağsaqqallıq institunun inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirdi. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri qayıt |