Əsas Səhifə > Gündəm > Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb, mətbuat katibinə yeni vəzifə verilib

Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb, mətbuat katibinə yeni vəzifə verilib


14-09-2021, 08:53
 Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.
Şəffaflıq.az-ın məlumata görə, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub.
Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi həmin şöbəyə birləşdirilib.
Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib.

Geri qayıt