Əsas Səhifə > Hadisə > İranda zəlzələ olub
İranda zəlzələ olub13-09-2021, 09:35 |
Sentyabrın 13-də İranın şimal-şərqində yerləşən Razavi Xorasan əyalətində 5,2 bal gücündə zəlzələ olub. Şəffaflıq.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb. Zəlzələnin episentri Goçan şəhərində yerləşib. Yeraltı təkanlar 6 km dərinlikdə baş verib. Bölgəyə xilasetmə qüvvələri cəlb edilib. Təbii fəlakət nəticəsində ölən, yaralanan və dağıntılar barədə hələlik məlumat yayılmayıb. Geri qayıt |