Əsas Səhifə > Gündəm > Ramin Bayramlının vəzifəsindən azad olunması xəbəri yayıldı
Ramin Bayramlının vəzifəsindən azad olunması xəbəri yayıldı11-09-2021, 23:32 |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir. Bakupost.az -a bu barədə məlumatlı mənbədən məlumat verilib. Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir. Saytımıza TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib. "Dəqiqləşdirib deyərəm" deməklə kifayətlənib. Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir. Geri qayıt |