Əsas Səhifə > SAĞLAMLIQ / Cəmiyyət > Qubada 19 yaşlı qadın üçəm dünyaya gətirib

Qubada 19 yaşlı qadın üçəm dünyaya gətirib


10-09-2021, 12:31
 Quba Regional Perinatal Mərkəzində üçəm doğulub.

Şəffaflıq.az-ın məlumatına görə, Şabran şəhər sakini 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır.

Həkimlər bildirib ki, hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır: "Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub".


Geri qayıt