Əsas Səhifə > SAĞLAMLIQ > "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna yenidən baxılacaq
"Əhalinin sağlamlığının qorunması haqqında” qanuna yenidən baxılacaq9-09-2021, 14:03 |
“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna bütövlükdə yenidən baxmağı planlaşdırırıq". Bunu parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib. O deyib ki, bu qanun uzun illər əvvəl qəbul olunub: "Həmçinin qanuna çoxlu sayda əlavə və dəyişikliklər edilib. Ona görə də bu sənədə bütövlükdə baxacağıq". Qeyd edək ki, hazırda qüvvədə olan “Əhalinin sağlamlığının qorunması haqqında” qanun 1997-ci ildə qəbul edilib. Şəffaflıq.az Geri qayıt |