Əsas Səhifə > İqtisadiyyat > Nicat Hacızadə: “Qeyri-neft ixracının artması iqtisadi inkişafın davamlılığına bağlıdır"
Nicat Hacızadə: “Qeyri-neft ixracının artması iqtisadi inkişafın davamlılığına bağlıdır"9-09-2021, 13:49 |
“2020-ci ildə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dünya iqtisadiyyatının 3% kiçilməsi fonunda, habelə dünya ticarətində baş verən tənəzzül istehsal, xidmət, idxal və ixrac əməliyyatlarına mənfi təsir göstərib. Pandemiya səbəbindəndir ki, “Böyük 7-lik” ölkələri geniş monetizasiya və fiskal stimul paketləri qəbul edib və həmin ölkələrin uçot dərəcələri nəzərəçarpacaq dərəcədə enib”. Şəffaflıq.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib. “Geniş pul kütləsi emissiyası nəticəsində inkişaf etmiş ölkələr ilkin dövrlər yeyinti, normallaşma dövrlərində isə qeyri-yeyinti mal və məhsullarına olan daxili aktivliyi qoruyub saxlayıb. Bu gün əksər ölkələrin ixracatının artımında əsas səbəb kimi inkişaf etmiş ölkələrin iqtisadi aktivliyi və pul genişlənməsini təmin etməsidir. 2021-ci ilin ilk 7 ayında əldə edilən 2,7%, qeyri-neft ÜDM-də isə 5,3%-lik iqtisadi böyüməyə əsas töhfə verən determinantlardan biri ixracın artmasıdır. 2021-ci ilin 7 ayı ərzində qeydə alınan 30,5% artım və yaxud 5,1 milyard ABŞ dolları səviyyəsində xalis ixrac (müsbət saldo) iqtisadi artıma tətikləyici təsir edəcəkdir. Aqrar-sənaye məhsulları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20,7% artaraq 91,6 milyon ABŞ dolları olub. Aqrar sənaye məhsullarının həcmi isə 31,3% təşkil edərək 441,6 netto ton təşkil edib. Bu aqrar sənaye məhsullarının qeyri-neft ixracında payı 2021-ci ilin ilk 8 ayına müvafiq olaraq 5,6%, aqrar məhsulunun payı isə 24% təşkil edib. İlin ilk 8 ayı ərzində aqrar məhsulların ixracı 1,9% azalaraq 383,8 milyon ABŞ dolları olub. Aqrar məhsullar üzrə ixracın azalma səbəbi tərəvəz məhsullarında 14,6%, tütün və tütün sənaye əvəzedicilərində isə 37,6 % qeydə alınan enmə ilə əlaqədardır. Nəzəri və praktiki cəhətdən makroiqtisadi dayanıqlığın qorunmasında neft sektoru (birbaşa investisiya və ixrac) həlledici rol oynayır. Lakin Prezident İlham Əliyevin orta və uzunmüddətli strategiyasının təməlində qeyri-neft sektoru hesabına iqtisadi dayaqların təmin edilməsi dayanır. 2017 və 2018-ci illərdə adambaşına düşən qeyri-neft ixracı 160 ABŞ dolları, 2019 və 2020-də 190 ABŞ dollarına bərabər tutulurdusa, 2021-ci il üçün bu rəqəmin 200 və yaxud 210 ABŞ dolları olması proqnozlaşdırılır. Bu proqnozun təməlində bir sıra beynəlxalq təşkilatların müsbət pozisiyada dayanan böyümə göstəriciləri, istehsal məhsullarının rəqabətliliyi və keyfiyyət göstəricilərində müşahidə edilən standartların artırılması və s. amillər daxildir. Bundan əlavə qeyd edək ki, ilin ilk 8 ayına əsasən, ixracın idxalı qarşılama faizi 182% təşkil edir”, - deyə N.Hacızadə əlavə edib. Geri qayıt |