Əsas Səhifə > Dünya > Polşada silah zavodunda partlayış baş verib

Polşada silah zavodunda partlayış baş verib


8-09-2021, 13:55
Polşanın Skarjinsko-Kamennaya şəhərində yerləşən “Mesko” hərbi zavodunda güclü partlayış baş verib.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Polsat” telekanalı məlumat yayıb.
“Partlayış nəticəsində 41 yaşlı qadın ölüb”, - məlumatda deyilir.
Məlumata görə, hadisə zavod əməkdaşı partlayıcı maddələri qablaşdırarkən baş verib.

Geri qayıt