Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib
“Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib6-09-2021, 21:05 |
![]() Agentlikdən verilən məlumata görə, müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi və əməkdaşları, Parlament Jurnalistlər Birliyinin üzvləri iştirak ediblər. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyət istiqamətləri və nizamnamədən irəli gələn vəzifələrin icrası üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. “Media haqqında” qanun layihəsi haqqında danışan İcraçı direktor bununla bağlı müzakirələrin aparılmasının əhəmiyyətindən söz açıb. O, təcrübəli jurnalistlərin fikirlərinin ümumi işin xeyrinə ola biləcəyini vurğulayıb. ![]() ![]() ![]() ![]() ![]() Tədbir qanun layihəsinin diskussiya şəraitində aparılan müzakirəsi və fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran bir sıra suallar cavablandırılıb. Şəffaflıq.az Geri qayıt |