Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda həkim koronavirusdan ölüb
Azərbaycanda həkim koronavirusdan ölüb6-09-2021, 10:13 |
Şəkidə həkim koronavirusun qurbanı olub. Şəffaflıq.az məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu 1957-ci il təvəllüdlü Rasimə Cabbarova dünən müalicə aldığı xəstəxanada koronavirusdan həyatını itirib. Məlumata görə, o, bir müddət əvvəl COVID-19 virusuna yoluxub. Qeyd edək ki, 64 yaşlı R. Cabbarova Şimal-qərb bölgəsində tanınmış ginekoloq olub. Geri qayıt |