Əsas Səhifə > Hadisə > Abşeronda 44 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub

Abşeronda 44 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub


6-09-2021, 08:44
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Mübahisə zəminində bıçaqlanan 1977-ci il təvəllüdlü Orucov Abdulla Cümşüd təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona bədənin müxtəlif nahiyələrində beş ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub."Report"
Hadisənin təfərrüatı araşdırılır.

Geri qayıt