Əsas Səhifə > Dünya > Google-dən Talibana zərbə: Əfqanıstan hökumətinin elektron poçt hesablarını blokladı

Google-dən Talibana zərbə: Əfqanıstan hökumətinin elektron poçt hesablarını blokladı


5-09-2021, 16:41

 

Google Əfqanıstan hökumətinin elektron poçt hesablarını müvəqqəti olaraq bloklayıb.

Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, Taliban rəsmiləri serverlərdə saxlanılan elektron poçtlara və rəqəmsal sənədlərə daxil olmağa çalışdıqları üçün Google bu addımı atıb.


Maliyyə, Sənaye və Təhsil nazirlikləri də daxil olmaqla Əfqanıstanın sabiq hökumətinin təxminən 20 -yə yaxın hesabı risk altındadır. Orada olan məlumatlar Talibana keçmiş idarə işçiləri və nazirlər, eləcə də xarici tərəfdaşlar haqqında informasiya toplamağa imkan yaradacaq.


Google, hökumət hesablarının bloklanmasını təsdiq etməsə də, təhlükəsizlik üçün müəyyən addımlar atdığını gizlətməyib.

Geri qayıt