Əsas Səhifə > Gündəm > Azərbaycanda 4 xəstəxana karantinə bağlandı
Azərbaycanda 4 xəstəxana karantinə bağlandı5-09-2021, 16:36 |
Azərbaycanda dörd mərkəzi rayon xəstəxanası koronavirusla (COVID-19) mübarizə məqsədi ilə bağlanıb. Mötəbər mənbələrdən əldə edilmiş məlumata görə, hər dörd tibb mərkəzi COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək. Karantinə bağlanan xəstəxanalar bunlardır: Masall rayon Mərkəzi Xəstəxanası Cəlilabad rayon Mərkəzi Xəstəxanası İmişli rayon Mərkəzi Xəstəxanası Sabirabad rayon Mərkəzi Xəstəxanası. Artıq xəstəxanalarda bütün şöbələr COVID-19-la mübarizəyə quşulub. Xəstəxalara cənub və aran bölgəsində COVID-19-a yoluxan vətəndaşlar müalicə üçün gətirilir. Hər dörd xəstəxana zəruri dərman vasitələri ilə təchiz olunub. Şəffaflıq.az Geri qayıt |