Əsas Səhifə > İdman > MDB Oyunları: Azərbaycan idmançıları daha 3 növ üzrə mübarizəyə başlayır
MDB Oyunları: Azərbaycan idmançıları daha 3 növ üzrə mübarizəyə başlayır5-09-2021, 11:01 |
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün Azərbaycan təmsilçiləri 3 növdə mübarizə aparacaqlar. Şəffaflıq.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, kəmər güləşində təsnifat və medal görüşləri keçiriləcək. Bu növdə kişilərdən Nahid Vəliyev (57 kq) və Məhərrəm Eyvazov (68 kq), qadınlardan isə Sənubər Nəbiyeva (66 kq) və Aytəkin Paşazadə (76 kq) çıxış edəcək. Eyni zamanda tayboks növündə Musa Nuruzadə (57 kq) və Məhər Əsədzadə (63,5 kq) təsnifat görüşünə çıxacaq. Əsədzadənin rəqibi Ermənistan təmsilçisi olacaq. Basketbolun 3X3 növündə B qrupunda yer alan Azərbaycan millisi Qırğızıstan və Belarusla üz-üzə gələcək. I MDB Oyunları 5 sentyabr Kəmər güləşi Keçirilmə yeri: "Ak Bars" Döyüş Növləri Sarayı 10:00 Təsnifat mərhələsi Kişilər 57 kq Nahid Vəliyev - Jandos Abubəkirov (Qazaxıstan) Nahid Vəliyev - Yeqor Kulyomin (Rusiya) Nahid Vəliyev - Kenjebay Narınbay Uulu (Qırğızıstan) Nahid Vəliyev - Komronbek Ortikov (Özbəkistan) 68 kq Məhərrəm Eyvazov - Firuzçon Ziyoyev (Tacikistan) Məhərrəm Eyvazov - Həbibullo Tınçtık Uulu (Qırğızıstan) Qadınlar 66 kq Sənubər Nəbiyeva - Alfina Fəxrətdinova (Rusiya) Sənubər Nəbiyeva - Məftunəbanu Mahmudova (Özbəkistan) Sənubər Nəbiyeva - Asıljan Orınbasarova (Qazaxıstan) Sənubər Nəbiyeva - Əzəmi Kamçıbekova (Qırğızıstan) 76 kq Aytəkin Paşazadə - Zemfira Azatova (Özbəkistan) Aytəkin Paşazadə - Angelina Mentiy (Rusiya) Aytəkin Paşazadə - Kaldıqul Beket (Qazaxıstan) Basketbol (3X3) Keçirilmə yeri: URAM Ekstrim Park B qrupu 14:20. Qırğızıstan - Azərbaycan 15:05. Belarus - Azərbaycan Tayboks Keçirilmə yeri: "Tulpar" Universal İdman Kompleksi 16:00 57 kq Musa Nuruzadə - Faxriddin Həsənov (Özbəkistan) 63,5 kq Məhər Əsədzadə - Alen İsraelyan (Ermənistan) Qeyd edək ki, Hələlik Azərbaycan I MDB Oyunlarında 6 qızıl, 4 gümüş və 11 bürünc medal qazanaraq, ümumi hesabda 9 iştirakçı ölkə arasında 2-ci yerdə qərarlaşıb. Geri qayıt |