Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanında qadınlara daha bir hüquq verilib.

Səudiyyə Ərəbistanında qadınlara daha bir hüquq verilib.


13-07-2019, 20:24
 #MARAQLI

Son vaxtlar kişi-qadın bərabərliyinə yönələn ard-arda yeni qanunlar qəbul edən Səudiyyə Ərəbistan daha bir qərar qəbul etmək niyyətindədir. Keçən il qadınlara avtomobil idarə etmək hüququ verən ölkə indi də qadınlara səyahət hüququ verəcək. 

Şəffaflıq.az Modern.az-a istinadən xəbər verir ki, ilin sonlarında qəbul ediləcək qərara əsasən qadınlar kişilərin icazəsi olmadan da səyahət edə biləcək. Hazırkı qanuna əsasən qadın səyahət etmək istəyirsə, mütləq şəkildə yaxın kişi qohumlarından birinin icazəsi gərəkdir.  

Hətta Səudiyyə Ərəbistanda  kişilərin telefonlarına  qadının ölkə xaricinə çıxmasına icazə üçün mobil tətbiq belə yüklənmişdi. Son vaxtlar həmin tətbiqin nəticəsində gənc qızlar atalarının telefonundan xəbərsiz olaraq, özlərinin xaricə çıxmaq icazəsini təsdiq edərək evdən qaçıb.

Qeyd edək ki, qanun 21 yaşadak olan kişilər üçün də nəzərdə tutulub.


Geri qayıt