Əsas Səhifə > Dünya > İtaliyada vaksinasiya məcburi olacaq

İtaliyada vaksinasiya məcburi olacaq


3-09-2021, 09:29
İtaliyada koronavirusa qarşı peyvənd tədricən məcburi hala çevriləcək.
Şəffaflıq.az xəbər verir ki, bunu baş nazir Mario Draqi keçirdiyi mətbuat konfransında deyib.
Draqi sentyabrın sonuna qədər ölkədə əhalinin 80%-nin peyvənd olunacağına əminliyini bildirib. Bu günə qədər ölkənin 12 yaşdan yuxarı 10 sakinindən 7-si iki dozada peyvənd olunub.
Səhiyyə naziri Roberto Speranza peyvəndin tibb işçiləri üçün artıq məcburi olduğunu və bu tələbin digər peşə nümayəndələrinə də şamil ediləcəyini qeyd edib.
Bu ayın sonundan etibarən isə ölkədə üçüncü peyvəndi qəbul etmək mümkün olacaq. Proses zəif immunitetə malik insanlardan başlayacaq.
Qeyd edək ki, İtaliya sentyabr ayından etibarən COVID-19 pasportlarının istifadəsini genişləndirib. İndi bu pasport olmadan restoran, muzey, kinoteatr, təyyarə və qatarlara girişə icazə verilmir.

Geri qayıt