Əsas Səhifə > Cəmiyyət > Ölkə ərazisində oduncaq tədarükü davam edir
Ölkə ərazisində oduncaq tədarükü davam edir31-08-2021, 12:17 |
Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, 1-15 sentyabr tarixlərində oduncaq tədarükü ölkə üzrə aşağıdakı meşə ərazilərində həyata keçiriləcək: • Zaqatala rayonu, Muğanlı, Danaçı, Car, Tala, Muxax və Əliabad meşəbəyliklərində; • Balakən rayonu, Kortala və Qabaqçöl meşəbəyliklərində; • Qax rayonu, Qıpçaq, Qax, Qum və İlisu meşəbəyliklərində; • Şəki rayonu, Kiş, Şin və Zəyzid meşəbəyliklərində; • Qəbələ rayonu, Yenikənd və Bum meşəbəyliklərində; • İsmayıllı rayonu, Qalınçaq meşəbəyliyində; • Şamaxı rayonu, Şamaxı meşəbəyliyində; • Ağsu rayonu, Ağsu meşəbəyliyində; • Quba rayonu, Vəlvələ, Quba, Rustov və Alpan meşəbəyliklərində; • Qusar rayonu, Qusar meşəbəyliyində; • Xaçmaz rayonu, Xudat və Xaçmaz meşəbəyliklərində; • Şabran rayonu, Dəvəçi, Pirəbədil və Dənizkənarı meşəbəyliklərində; • Xızı rayonu, Qarabulaq meşəbəyliyində; • Qazax rayonu, Qazax meşəbəyliyində; • Goranboy rayonu, Goranboy meşəbəyliyində; • Göygöl rayonu, Hacıkənd və Zurnabad meşəbəyliklərində; • Zərdab rayonu, Bıçaqçı meşəbəyliyində; • Bərdə rayonu, Soltanbud 1 və Soltanbud 2 meşəbəyliklərində; • Ağdaş rayonu, Ağzıbir meşəbəyliyində; • Ağcabədi rayonu, 1, 2, 3, 5 saylı meşəbəyliklərində; • Beyləqan rayonu, Mil və Beyləqan meşəbəyliklərində; • Daşkəsən rayonu, Əmirvar, Bayan və Dəstəfur meşəbəyliklərində; • Samux rayonu, Samux meşəbəyliyində; • Gədəbəy rayonu, Qalakənd, Saratovka, Şınıx və Qızılca meşəbəyliklərində; • Şəmkir rayonu, Şəmkir meşəbəyliyində; • Şirvan şəhəri, Şirvan meşəbəyliyində; • Cəlilabad rayonu, Göytəpə və Cəlilabad meşəbəyliklərində; • Masallı rayonu, Yeyənkənd meşəbəyliyində; • Yardımlı rayonu, 1, 3, 4 saylı meşəbəyliklərində; • Lerik rayonu, Razvandoband, Lerik və Gürdəsər meşəbəyliklərində; • Astara rayonu, Əsxənəkəran və Təngərüd meşəbəyliklərində; • Lənkəran rayonu, Haftoni meşəbəyliyində. Tədarük olunan oduncaq Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, Təhsil, Səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə dəyəri ödənilməklə verilir. Nazir müavini oduncağa ehtiyacı olan qurumlara və əhaliyə meşələrə üz tutmamağı, aidiyyəti üzrə regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etməyi tövsiyə edib. Şəffaflıq.az Geri qayıt |