Əsas Səhifə > HƏRBİ > Azad olunan ərazilərdə daha 108 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 108 mina aşkarlanıb


30-08-2021, 15:18
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, avqustun 23-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 77, tank əleyhinə 31 mina və 107 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 179 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Şəffaflıq.az

Geri qayıt