Əsas Səhifə > REGİON / Cəmiyyət > Sosial şəbəkələrdə şəkilləri yayılan baxımsız vəziyyətdə olan alpaka Şamaxıdakı fermaya yerləşdirilib FOTO
Sosial şəbəkələrdə şəkilləri yayılan baxımsız vəziyyətdə olan alpaka Şamaxıdakı fermaya yerləşdirilib FOTO29-08-2021, 09:59 |
![]() Şəffaflıq.az xəbər verir ki, yayılan şəkillərdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həmin heyvanın olduğu zoobulvar ərazisinə baxış keçirilib və onun saxlanma şəraitinin qənaətbəxş olmadığı aşkar edilib. Alpakanın açıq hava şəraitində yaşamalı olduğu sahibkara bildirildikdən sonra onun şəxsi təşəbbüsü ilə heyvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Heydər Əliyev Fonduna təqdim olunub. Xüsusi avtomobillə Şamaxıda yerləşən Alpaka fermasına gətirilən erkək fərd xüsusi bölməyə yerləşdirilib. Fermanın bələdçisi Səbinə Zahidova ilə söhbət zamanı bildirdi ki, alpaka bura gətirilərkən vəziyyəti ağırlaşmışdı: “Biz dərhal Almaniyadan baytar dəvət etdik. Heyvan tam müayinədən keçirildi. Çalışırıq ki, alpakanı normal vəziyyətə qaytaraq”. Almaniyalı baytar Yo Kalin isə deyib ki, alpaka çox arıqdır, dişləri də pis vəziyyətdədir. Bu da onun normal qidalanmasında problem yaradır. “Düşünürəm ki, vəziyyəti yaxşılaşacaq. Sağalması üçün əlimizdən gələni edəcəyik”, - deyə o əlavə edib. Bir müddət xüsusi bölmədə bəslənilən alpaka daha sonra digər alpakaların yanına buraxılacaq. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Xatırladaq ki, təbiətdə alpakaların Suri və Huacaya adlı iki növü var. Şamaxıda isə Huacaya növü bəslənilir. Zahiri görünüşü ilə seçilən alpakalar insanları dişləmirlər və qonaqlardan məmnuniyyətlə yem qəbul edirlər.AZƏRTAC Geri qayıt |