Əsas Səhifə > Hadisə > Bakıda yüksək rütbəli məmurun oğlu intihar edib.
Bakıda yüksək rütbəli məmurun oğlu intihar edib.11-07-2019, 23:37 |
Bakıda yüksək rütbəli məmurun oğlu intihar edib. Şəffaflıq.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib. Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu bu gün özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O.Ağayev hadisə yerində dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. İntihar edən O.Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğludur. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.Oxu.Az Geri qayıt |