Əsas Səhifə > RƏSMİ XƏBƏR > DİN: "4 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb"
DİN: "4 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb"27-08-2021, 11:27 |
Avqustun 26-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. DİN-dən verilən məluamata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir. Şəffalıq.azGeri qayıt |