Əsas Səhifə > Hadisə > Şəmkirdə minik avtomobili mikroavtobusa çırpılıb, 4 nəfər xəsarət alıb

Şəmkirdə minik avtomobili mikroavtobusa çırpılıb, 4 nəfər xəsarət alıb


27-08-2021, 11:09
 Şəmkir rayonunun Könüllü kəndində "Ford" markalı mikroavtobusla minik avtomobili toqquşub.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Yaralılardan 1992-ci il təvəllüdlü Vüqar İsmayılov Mirzə oğlu və 1956-cı il təvəllüdlü Piriyeva Xalidə Məcid qızının xəsarəti daha ciddi olub və onlar Gəncə şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.
Digər yaralılar isə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.

Geri qayıt