Əsas Səhifə > Hadisə / Dünya > Qazaxıstanda hərbi hissənin anbarında baş verən partlayış nəticəsində 60 nəfər yaralanıb
Qazaxıstanda hərbi hissənin anbarında baş verən partlayış nəticəsində 60 nəfər yaralanıb26-08-2021, 22:53 |
Qazaxıstanın Jambıl rayonunda yerləşən hərbi hissədə baş verən partlayış nəticəsində 60 nəfər yaralanıb.Ölkənin müdafiə nazirinin müavini Ruslan Şpekbayev hadisənin partlayıcı maddələrin saxlanıldığı mühəndis-istehkam anbarında baş verdiyini deyib.Anbarda bir neçə güclü partlayışdan sonra meydana gələn yanğının hələ də davam etdiyi bildirilir. Hadisə ilə əlaqədar yaxınlıqda yerləşən yaşayış məntəqələrinin əhalisi təxliyə edilib, ərazidəki avtomobil yolları və dəmiryolu xətlərindən istifadə məhdudlaşdırılıb. Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev “Twitter” hesabında etdiyi paylaşımlarında yaralanaraq xəstəxanaya yerləşdirilənlərdən ən az 30-nun hərbi qulluqçu və fövqəladə hallar işçiləri olduğunu, partlayışın səbəblərinin araşdırıldığını qeyd edib. *** 19:15 Qazaxıstanda hərbi hissənin anbarın yaxınlığında partlayış baş verib. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. Jambıl vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissədə, təxminən saat 19:00 radələrində anbarlardan birinin yaxınlığında yanğın baş verib. Yanğın nəticəsində partlayış yaranıb. Yanğının söndürülməsinə yanğınsöndürmə briqadaları cəlb edilib. (Apa.az) Geri qayıt |