Əsas Səhifə > HƏRBİ > Xocavənddə polislər bomba aşkarlayıb
Xocavənddə polislər bomba aşkarlayıb24-08-2021, 12:34 |
![]() DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər. Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib. Şəffaflıq.az Geri qayıt |