Əsas Səhifə > SİYASƏT > Azərbaycanın ABŞ-dakı yeni səfiri bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb
Azərbaycanın ABŞ-dakı yeni səfiri bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb24-08-2021, 08:54 |
![]() Şəffaflıq.az xəbər verir ki, görüşün keçirildiyi məkanda səyyar konsulluq xidməti göstərilib və ölkəmizin ABŞ-a yeni təyin olunmuş konsulu Ceyhun Novruzov sənəd problemləri ilə qarşılaşan həmvətənlərimizin müxtəlif mövzular ətrafında suallarını cavablandırıb, mövcud problemlərin həlli istiqamətində konkret addımlar atılacağı barədə vəd verib. ![]() ![]() Səfir yaxın gələcəkdə həmvətənlərimizin daha çox məskunlaşdığı ABŞ-ın bir çox şəhər və ştatlarında səyyar konsulluq xidmətinin fəaliyyətə başlayacağını deyib. X. İbrahim Vaşinqtona gələ bilməyən azərbaycanlıların problemlərinin elə yaşadığı şəhərlərdə həllini tapacağını deyib. Səfir konsulluğun internet saytında məlumatların mütəmadi yenilənəcəyini, müasir tələblərə uyğun olaraq sorğuların operativ cavablandırılacağını bildirib. O, dünyanın bütün ölkələrində olduğu kimi bütün azərbaycanlıların birlik və bərbərlik nümayiş etdirməsinin vacibliyinə diqqət çəkib. ![]() Geri qayıt |