Əsas Səhifə > Gündəm / Cəmiyyət > DİN: “Bir gündə 58 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb”
DİN: “Bir gündə 58 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb”21-08-2021, 09:12 |
![]() DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, monitorinq 6 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 58 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Şəffaflıq.az Geri qayıt |