Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda daha 3 968 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
Azərbaycanda daha 3 968 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb20-08-2021, 18:36 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 968 yeni yoluxma faktı qeydə alınıb, 1 151 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 384 886 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 343 407 nəfər müalicə olunaraq sağalıb, 5 252 nəfər vəfat edib. 36 227 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 215, bu günə qədər isə ümumilikdə 4 285 883 test icra olunub. Geri qayıt |