Əsas Səhifə > Cəmiyyət > FHN: "Qəbələdəki yanğın söndürülüb"
FHN: "Qəbələdəki yanğın söndürülüb"20-08-2021, 14:10 |
![]() Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində ilkin hesablamalara əsasən, təqribən, 35 hektar ərazidə quru ot və kol-kos yanıb. Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edib. Hazırda bəzi yerlərdə soyutma tədbirləri görülür. Şəffaflıq.az Geri qayıt |