Əsas Səhifə > Dünya > Gürcüstanda işsizlik səviyyəsi 22 %-i keçib

Gürcüstanda işsizlik səviyyəsi 22 %-i keçib


20-08-2021, 10:14
 Bu ilin II rübündə Gürcüstanda işsizlik səviyyəsi 22,1 % olub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, göstəricidə illik müqayisədə 3,8 % artım qeydə alınıb.
Aprel-iyunda şəhərlərdə işsizlik 24,1 % (+2,3 %), kənd yerlərində isə 19 % (+6,2 %) təşkil edib.
Kişilər arasında bu göstərici illik müqayisədə 5,7 % artaraq 24,5 %, qadınlar arasında isə 1,2 % artaraq 18,9 %-ə yüksəlib.

Geri qayıt