Əsas Səhifə > SİYASƏT > UNESKO Dünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir.
UNESKO Dünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir.9-07-2019, 14:35 |
UNESKO Dünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir. Şəffaflıq.az xəbər verir ki, sessiyada Dünya İrs Mərkəzinin cari və növbəti iki il üçün büdcə layihəsi, həmçinin inzibati məsələlər müzakirə olunub. Müzakirə zamanı 2018-2019-cu illər üçün büdcənin icrasına dair hesabat və Dünya İrs Fonduna 2020-2021-ci illər üçün büdcə təklifləri nəzərdən keçirilib. Dünya İrs Mərkəzini direktoru Mextild Rössler bu məsələ ilə bağlı narahatlığını çatdırıb. O, üzv ölkələrə müraciətlə deyib: “Əgər siz Dünya İrs Fonduna vəsait keçirmirsinizsə, o zaman “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyadan necə yararlana bilərsiniz?!” UNESKO Dünya İrs Mərkəzinin katibliyinin əməkdaşı Petya Totçarova maliyyə və inzibati məsələlərə dair məlumat verib. O bildirib ki, sessiya çərçivəsində Əməliyyat Qaydaları üzrə İşçi Qrupunun 3 iclası keçirilib və burada bir sıra təkliflər səsləndirilib. Norveç, Tunis, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina və digər ölkələrin nümayəndələrinin çıxışları dinlənilib. İşçi Qrupunun işi müsbət qiymətləndirilib. Sonra Dünya İrs Siyahısında olan Ekvadorun Qalapaqos milli parkı, Qvatemalanın Antiqua xristian dini məbədi, Nigeriyanın Aqades tarixi mərkəzi, Seyşel Adalarında yerləşən Valle-de-Mo təbiət qoruğunun bərpası və konservasiyası, idarəolunması ilə bağlı beynəlxalq yardımın artırılmasının vacibliyi vurğulanıb.Teleqraf.com Daha sonra UNESKO Dünya İrs Komitəsinin 2020-ci ildə Çin Xalq Respublikasının Fuçjou şəhərində keçiriləcək 44-cu sessiyasının ilkin gündəliyi təsdiqlənib. 44-cü sessiyanın sədri, sədr müavinləri və məruzəçi seçilib. Geri qayıt |