Əsas Səhifə > Cəmiyyət > Yeni Azərbaycan Partiyası DSK üzvlüyünə 375 namizəd təqdim edib

Yeni Azərbaycan Partiyası DSK üzvlüyünə 375 namizəd təqdim edib


19-08-2021, 16:34
“Artıq DSK-ların tərkibində dəyişiklik olunmasının vaxtı çatıb. Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndələri geniş iş aparıb”.
Şəffaflıq.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini, Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndəsi Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün ən ümdə məsələlərdən biri də üzvlərin peşəkarlığıdır:
“Bu məsələ həmişə diqqət mərkəzində saxlanılıb. MSK-da Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) 6 nümayəndəsi tərəfindən təqdimat imzalanıb. Tədqim edilən siyahıda 375 namizədin məlumatları var”.

Geri qayıt