Əsas Səhifə > Hadisə / Dünya > Haitidə zəlzələ zamanı ölənlərin sayı 2 189 nəfərə çatıb. .
Haitidə zəlzələ zamanı ölənlərin sayı 2 189 nəfərə çatıb. .19-08-2021, 09:19 |
Haitidə zəlzələ zamanı ölənlərin sayı artıb. Bu barədə Şəffaflıq.az “TASS”a istinadən xəbər verir. Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 2 189 nəfərə çatıb. Təbii hadisə zamanı 12 mindən çox insan yaralanıb, 100 min ev dağılıb. Qeyd edək ki, şənbə günü Haiti adasının qərbində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı Peti-Tru-de-Nip yaşayış məntəqəsinin yaxınlığında, yerin 10 kilometr dərinliyində yerləşib. Geri qayıt |